Təbriz, Sulduz və Bicarda bələdiyyə işçiləri etirazlara başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz, Sulduz və Bicar şəhərlərində bələdiyyə işçiləri əmək haqqılarının gecikməsi üzündən etirazlara başlayıb

Həmin şəhərlərdə bələdiyyə işçiləri gecikmiş maaşları və sığorta problemləri ilə bağlı etiraz aksiyaları keçirirlər.

İLNA xəbər agentliyinin bildirdiyinə görə, Urmiya gölünün cənubunda yerləşən Sulduza bağlı Məmmədyar şəhərində bələdiyyə işçiləri aylardır maaş ala bilməyiblər.

Bəzi şəhərlərdəki kimi Bicar bələdiyyəsinin də maaşları ödəmək üçün yetərli büdcəsi yoxdur.

 “Keçən üç ayda sığorta hüququ və maaşları ödənməyən bu işçilər deyirlər ki, ölkənin hazırkı iqtisadi vəziyyətində hər gün qiymətlərin yüksəldiyinə şahidik və ailələrimizin dolanışığını təmin edə bilməyəcəyimizdən narahatıq” – deyə, İLNA-nın Məmmədyar şəhəri ilə bağlı xəbərində dərc edilib.

Agentliyə istinadən, işçilər avqustun 4-də bələdiyyə binası önündə mitinq keçiriblər. Sosial mediada paylaşılan xəbərlərə görə, mitinqlər sonrakı günlərdə də davam edib.

Kürdüstan vilayətində yerləşən və türklərin sıx yaşadığı Bicar şəhərində isə İLNA-nın məlumatına istinadən, bələdiyyə işçilərinin 2 aydır maaş almadığı bildirir. Bicar Bələdiyyə başqanı Mehdi Bəg Məmmədpurun söylədiyinə görə, bələdiyyənin maaşları ödəmək üçün büdcəsi yoxdur.

“Hazırda bələdiyyəmiz iki ay maaş və 4 ay iş vaxtından artıq iş saatlarının ödənişini işçilərə borcludur. Ölkənin bəzi şəhərlərindəki bələdiyyələr kimi Bicar bələdiyyəsinin də maaşları ödəmək üçün yetərli büdcəsi yoxdur” , Mehdi Bəg Məmmədpur söyləyib.

​Təbrizin 4-cü bölgə bələdiyyəsinin işçilərindən bir qrup video çəkərək öz problemlərini anladıblar. Sosial mediada paylaşılan videoda bələdiyyə işçiləri sığorta ödənişlərinin geçikməsi və bəzi digər problemlərindən bəhs edirlər.

Təbrizlilər səyyar satıcılara qarşı zorakılığa etiraz edirlər

İqtisadi vəziyyətin ağırlaşması ilə İran Azərbaycanında bir çox iş yeri və zavodun fəaliyyətinə son verilməsi nəticəsində işsizlərin sayı artmaqdadır.

Keçən may ayında Amerikanın Səsinə müsahibə verən sosioloq Ural Hatəmi İranda yoxsulların əksəriyyətinin əslində çalışan insanlardan ibarət olduğunu önə çəkib.

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Liviya ordusu uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki …

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri” GADTB: Məhərrəm Ergin (1925-1995)  – Türkoloq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir