Çərşənbə axşamı , May 12 2026
azfa

Fars şovinistləri iyrənc yollarla Azərbaycana qarşı düşmənçilik və nankoluqlarını nümayiş etdirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars şovinistləri hər bir iyrənc yolla olsa da Azərbaycana qarşı düşmənçilik və nankoluqlarını nümayiş etdirirlər.

Tehranda Sənətkarlar Evi üzərində Azərbaycanın hakim sülalələrindən olan Qacarların şahı Nəsirəddin şah Qacarın görüntüsü əks olunan unitaz nümayiş etdirilib.

İranda incəsənətin hansı vəziyyətə düşdüyünü göstərən sözdə sənət əsərinin görüntüsü sosial şəbəkələrdə yayılıb. Həmin əsər İran Sənətkarlar Evində də nümayiş etdirilib.

Sözügedən təhqiramiz görüntünün internetdə yayılması Azərbaycan türklərinin kəskin etirazına səbəb olub. Bu bədnam hərəkət bütövlükdə Azərbaycana, Azərbaycan tarixinə qarşı təhqirdir.

Pəhləvi sülaləsi Böyük Britaniyanın yardımı ilə hakimiyyətə gəldikdən sonra özlərindən əvvəl hakim olmuş Qacar sülaləsinə qarşı böyük təxribatlar həyata keçirdi. Rejim İranın yalnız farsdillilərə aid olduğunu sübut etmək məqsədi ilə ölkə və bölgə millətlərinin tarixini köklü şəkildə təhrif edib, yeni tarix yazmağa başladı. Türklərə qarşı təxribat və təhriflər 1979-cü ildə hakimiyyətə gələn molla rejimi tərəfindən də davam etdirildi. İran Sənətkarlar Evinin yol verdiyi təhqiramiz hərəkət də türk tarixi və milli kimliyinə qarşı atılan qərəzli addımların tərkib hissəsidir.

Qeyd edək ki, Nəsrəddin Şah (1831-1896) — Qacar sülaləsindən olan dördüncü şahdır. Miladi tairxlə 1848-ci il sentyabrın 17-də taxta çıxıb və ömrünün son günlərinədək dövləti idarə edib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı tələbə İrfan Şəkurzadəni “casusluq” ittihamı ilə edam edib

GADTB: Təbrizdən olan İrfan Şəkurzadə adlı azərbaycanlı gənc və istedadlı tələbə bazar ertəsi səhər edam …

“Axios”un hesabatı: İran məsələsinə görə ABŞ və Çin arasında sanksiya qarşıdurması Tramp–Şi görüşü öncəsi dərinləşir

GADTB: Axios nəşrinin yaydığı məlumata görə, Donald Tramp və Şi Cinping arasında planlaşdırılan görüş ərəfəsində …

Bir cavab yazın