Şənbə , Aprel 27 2024
azfa

Tanınmış azərbaycanlı aşıq vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda tanınmış azərbaycanlı musiqi ustadı və aşıq Məcid İbrahimzadə dünyasını dəyişib.

Ağciyər xəstəliyindən əziyyət çəkən ustad musiqiçi dünən 78 yaşında Təbriz şəhərində vəfat edib.

Əjdər əmi adı ilə məşhur olan sənətkar 1942-ci ildə Güney Azərbaycanın Heris bölgəsində dünyaya göz açıb. Lakin sonralar ailəsi ilə birlikdə Təbrizə köçmüşdür.

Mübariz aşıq Azərbaycan ziyalıları, milli-mədəni fəallar və tələbə hərəkatı fəalları arasında tanınmış simalardan olub.

Mərhum Məcid İbrahimzadə türk dili, mədəniyyəti və musiqisinin inkişafında böyük xidmətləri olan azərbaycanlı sənətçilərdəndir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi abidə baxımsız vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsinin Durbaş kəndində yerləşən tarixi …

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Bir cavab yazın