Cümə , Aprel 26 2024
azfa

Tanınmış azərbaycanlı fəal Əziz Purvəli Təbrizdə dəfn edildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu ildə may ayının 24-də tanınmış azərbaycanlı fəal Əziz Purvəli Təbrizdə dəfn edildi.

Azərbaycanlı fəal Təbrizin Vadiye Rəhmət məzarlığında dəfn edilib. Dənf mərasiminə Güney Azərbaycanın müxtəlif şəhərlərindən yüzlərlə azərbaycanlı fəal qatılıb.

Qeyd edək ki, Güney Azərbaycanda Milli Hərəkatın tanınmış fəalı və ağsaqqallarından olan mərhum Əziz Purvəli dünən dünyasını dəyişmişdir.

Əziz Purvəli ömrünün böyük hissəsini Güney Azərbaycan və türk millətinin dirəniş mübarizəsinə həsr edib, o həyatdaykən dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həsb edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Dəfn mərasimindən bir videonu təqdim edirik:

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın