Şənbə , May 11 2024
azfa

Türk ordusu İraqda PPK terrorçularını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK-nın İraqdakı daha bir neçə terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində bildirilib.

Qeyd edilib ki, İraqn şimalındakı Asos ərazisində yeddi terrorçu hava zərbəsi ilə məhv edilib. Silahlıların yeri Türkiyənin xüsusi xidmət orqanlarının və Silahlı Qüvvələr komandanlığının koordinasiyalı işi nəticəsində müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK meydana çıxdığı 1984-cü ildən 2020-ci ilin martına qədər ölkədə qanlı cinayətlər həyata keçiriblər. Terror təşkilatı tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahılarına daxil edib.

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın