Cümə , Aprel 26 2024
azfa

Türk yurdu Başqırdıstanda yanğın nəticəsində 200-dən çox heyvan tələf oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın tərkibində olan Başqırdıstan Respublikasında bir fermada çıxan yanğında 200-dən çox heyvan tələf olub.

Bu barədə RİA Novosti Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hadisə Çekmaquşevski rayonunun Novobirdino kəndində baş verib. 900 kvadratmetr sahədə ferma alışıb.

“Yanğın nəticəsində 10 baş iribuynuzlu mal-qara və 11 baş iribuynuzlu heyvan, bir at və 200-dən çox broyler həlak olub”, – deyə mətbuat xidməti əlavə edib.

Fermadakı yanğının söndürülməsini güclü külək çətinləşdirib.

Qeyd edək ki, Başqırdıstan Rusiyanın tərkibində olan muxtar türk cümhuriyyətidir.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın