Cümə axşamı , Dekabr 5 2019
azfa

Türkiyənin Təbrizdəki baş konsulu Təbrizdə Azad Universitetdə türk dili və ədəbiyyatı fakültəsinin açılmasını istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör Təbrizdə Azad Universitetdə Türkiyə türkcəsi və ədəbiyyatı fakültəsinin açılmasını tələb edib.

Konsul iyulun 29-da Şərqi Azərbaycanda Azad Universitetinin rəisi ilə görüşü zamanı bu təkliflə çıxış edib.

Türkiyə baş konsulu deyib: “Təbrizdə İslam Azad Universitetinin yüksək pillələrində Türkiyə türkcəsi və ədəbiyyatı fakültəsinin açılması hər iki ölkə əhalisinin bir-birinin mədəniyyəti ilə daha yaxşı tanış olmasına şərait yarada bilər. Hesab edirəm ki, dost və qonşu ölkələr kimi İran və Türkiyə əlaqələrinin inkişaf etməsi hər iki ölkənin xeyirinədir.”

Hüseyn Güngör vurğulayıb ki, Azad Universitetin Təbriz filialında “Türk dili və ədəbiyyatı” ixtisası açmaqla Türkiyə ilə İran Azad Universitetləri arasında körpü rolunu oynaya bilər. Bu istiqamətdə addım atılarsa universitet müəllimləri Baş konsulluqla koordinasiya edilmiş şəkildə tədqiqat aparmaq üçün Türkiyə universitetlərində göndərilə bilər.

Bundan öncə isə Türkiyənin İrandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Həsən Ekinci Tehran Universitetində “Türkiyə türkcəsi və ədəbiyyatı” fakültəsinin açılmasını istəmişdir. Lakin hələlik bu istəklərə cavab verilməmişdir.

Həmçinin yoxlayın

Rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəal Məhəmməd …

Rejim 120 hektar Azərbaycan ərazisini kürd terrorçuların tərəfdarına verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı kürdləşdirib Azərbaycandan qoparma …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir