Cümə , Aprel 26 2024
azfa

Türkiyə Aralıq dənizində Yunanıstanın təxribatına qarşı hərəkətə keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aralıq dənizində Yunanıstan-Türkiyə arasında gərginlik artmaqda davam edir.

Bu gün səhər saatlarından etibarən Türkiyə hərbi gəmiləri Antalyanın bağlı Limanağzı bölgəsi sahillərinə, yunan gəmiləri isə Meis adası ətrafına yerləşdirilib.

Digər tərəfdən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 helikopter isə ərazidə davamlı patrul aparır.

Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy isə Yunanıstan Xarici İşlər Nazirliyinin Türkiyənin seysmik araşdırma gəmisi “Oruç Reis”in fəaliyyətinə dair şərhə yazılı cavab verərək bildirib: “Xatırladaq ki, Türkiyənin “Oruç Reis” gəmisinin Birləşmiş Millətlər Təşklilatının (BM) göstərdiyi kontinental sahədə 2012-ci ildə Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) şirkəti ilə olan sənədə əsasən iyulda planlanan seysmik araşdırma fəaliyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə bir müddət təxirə salındı. Almaniya və Avropa İttifaqının təkliflərilə diplomatiyaya imkan vermək və dialoq kanallarını yenidən canlandırmaq üçün bu yaxşı niyyət jestimiz qarşılıq almadı. 

Yunanıstan Misirlə keçən həftə sözdə “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması”na dair müqavilə imzaladı. 6 avqust 2020-ci il tarixində Misirlə bu quldur razılaşması ilə Yunanıstan dialoq mövzusunda səmimi və dürüst olmadığını ortaya qoydu. Bu müqavilə ilə Türkiyə və Liviyanın Şərqi Aralıq dənizindəki kontinental sahəsi pozuldu və “Oruç Reis” kəşfiyyat-axtarış gəmimiz, əvvəl planlaşdırıldığı kimi, 10 avqustdan seysmik araşdırma fəaliyyətinə başlamalı oldu.

Yunanıstanın etirazlarının heç bir hüquqi əsası yoxdur. Aralıq dənizində gərginliyi artıran tərəf Türkiyə deyil, Yunanıstandır. 

  Əsrlər boyu türk hakimiyyəti altında olan Aralıq dənizindən Türkiyəni kənarlaşdırmağa çalışmağa kimsənin haqqı yoxdur. “Aralıq dənizinin tək sahibi mənəm” anlayışıyla hərəkət edənlər xəyal qırıqlığına uğrayacaq. Türkiyə ona qarşı yaradılan şər ittifaqlarını yerlə yeksan edəcək qüdrət, möhkəmlik, imkan və qabiliyyətlərə malikdir.”

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın