Cümə , Aprel 26 2024
azfa

Türkiyə Suriya məsələsi ilə bağlı ABŞ-a vaxt verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 27-ci sessiyasının Ümumi İclasının 3-cü qanuni ilinin açılışında çıxış edərkən deyib ki, “heç bir fəaliyyətimiz işğal və istismar məqsədli deyil”.

Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgəsinin yaradılması ilə bağlı ABŞ-a verilən zaman müddətinin olduğunu bildirən prezident qeyd edib ki, bundan sonra ölkəsi bu yolda təkbaşına addım atacaq:

“Suriyaya kürəyimizi çevirməyəcəyik. Asiya coğrafiyasının heç bir köşəsinə biganə qalmayacağıq. Sərhədlərimiz xaricindəki heç bir fəaliyyətimiz işğal və istismar məqsədli deyil. Aralıq dənizi, Egey və Qara dənizin qarşısındakı hər proses bizi birbaşa maraqlandırır. Əvəzi nə olur-olsun, heç zaman duruşumuzdan vaz keçməyəcəyik. Biriləri terror və qaçqın yükünü üzərimizə yükləyərək Türkiyəni diz çökdürməyə çalışır. Türkiyənin itirəcək bir günü də yoxdur. Öz yolumuzda davam etməkdən başqa çarəmiz yoxdur. 30 km-lik təhlükəsiz bölgədə 2 milyon insanı yerləşdirməyi planlaşdırırıq. Suriyada qurulacaq kənd və mahallarla bağlı tədbirləri gördük, yerləri müəyyən etdik, maliyyəsini hesabladıq. Bölgəni terrordan təmizləyən kimi beynəlxalq toplumdan alacağımız dəstəklə başlayacağıq. Türkiyə artıq başlamış sayılır”.

Qeyd edək ki, ABŞ Türkiyənin Suriyada təkbaşına təhlükəsiz bölgə qurmasına qarşı çıxmış və birlikdə hərəkət etməyi təklif etmişdi.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın