Cümə , Aprel 26 2024
azfa

Türkiyə yeni silahını sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə idarə olunan hava bombasını uğurla sınaqdan keçirib.

“Atom” adlanan bombanı Türkiyənin “Aselsan” şirkəti istehsal edib.

Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın iki ayda ən qabaqcıl silah sınaqlarına başlayacağını açıqlamışdı:

“Məxfilik səbəbiylə bu silahların adlarını hələ açıqlamamışıq, amma tezliklə bütün dünyaya bunlar haqqında məlumat verəcəyik”.

Ankaranın F-35 proqramındakı iştirakının dayandırılmasına gəlincə, Ərdoğan bunun Ankara üçün problem olmadığını və alternativ axtaracağını söyləyib.

Qeyd edək ki, 2019-cu ilin ilk altı ayında Türkiyənin müdafiə sənayesi ixracatının ümumi həcmi 1,282 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,4 faiz çoxdur.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın