Cümə , Aprel 26 2024
azfa

Türkiyə Yunanistana işğalçılıq siyasətilə bağlı sərt xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ilə Yunanıstan arasında Egey dənizindəki 18 ada və 2 qayalıq uğrunda davam edən gərginlik artıb.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi Afinanın təxribata əl atdığını bildirib:

“Biz Yunanıstanı təhdid etmirik. Ancaq müdafiə olunmağı da bilirik. Afina müqavilələrə əməl etməlidir. Yunanıstanla münasibətlərin beynəlxalq hüquq normaları və qonşuluq əlaqələri çərçivəsində davam etdirilməsinin tərəfdarıyıq. İki ölkə arasında yaranan problemin dialoq yolu ilə həll olunmasını istəyirik”.

Nazir vurğulayıb ki, qonşumuz beynəlxalq qanunlardan bəhs edərək bizi reallığı olmayan təcavüzlə ittiham edir:

“Ancaq özləri Lozanna müqaviləsinin şərtlərini pozaraq təcavüzə əl atır. Ərazi suları 6 mil olsa da, hava məkanlarının 10 mil olduğunu iddia edirlər. Bu iddialar başda beynəlxalq müqavilələrə qarşı olmaqla, yaxşı qonşuluq münasibətlərinə də ziddir. Hər hansı bir hadisəyə və ya hüquqlarımızın pozulmasına göz yummarıq. Əvvəldən demişik ki, içində bizim olmadığımız qərarların həyata keçirilməsi kimi şansı yoxdur”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın