Şənbə , Aprel 27 2024
azfa

Türkiyənin əməliyyata hazırlaşdığı vaxtda Rusiya Menbiçin qərbinə daxil oldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin əməliyyata hazırlaşdığı vaxtda Rusiya hərbçiləri Türkiyənin xüsusi həssaslıq göstərdiyi Menbiç şəhərinin qərbində patrul xidmətlərinə başlayıb.

Bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Fərat qalxanı bölgəsi ilə sərhəddə aparılan patrul xidmətinə Əsəd qüvvələrinin də qoşulduğu bildirilir.

Rusların patrul xidməti apardığı ərazilər arasında strateji baxımdan önəmli olan M4 magistralı da var. Bu yol Əl Babdan keçməklə Hələbə qədər gedir.

Digər tərəfdən isə Türkiyə Suriyada gələcəkdə baş tutacaq əməliyyatlar üçün tamamilə hazırdır. Bu sözləri rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

O bildirib ki, Ankara bu əməliyyatlarda qarşıya çıxacaq çətinlikləri və itkiləri nəzərə almalıdır:

“Əməliyyat sadəcə səhralıqda deyil, şəhərlərdə də aparılacaq. Məsələn, türk ordusu Kobanidə güclü müqavimətlə qarşılaşacaq. Türkiyə Afrində 8-12 min arası əsgərlə mübarizə apardı. Hələbdə buferzona yaradılmasında isə 5-6 min əsgər iştirak etdi. Türkiyə heç bir yerdə 15 mindən çox əsgərdən istifadə etmədi. Bu səbəbdən sərhəddəki mümkün əməliyyatlarda 80 min əsgərdən istifadə ediləcəyi yönündə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın