Cümə , Aprel 26 2024
azfa

Urmiya gölündə suyun həcmi azalmaqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölündə suyun həcmi azalmaqda davam edir.

Urmiya Gölünü Bərpa Mərkəzinin yaydığı hesabatda Urmiya gölünün dəniz səviyyəsindən 1271.89 metr hündürlükdə olduğu bildirilir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5 santimetr daha azdır.

Urmiya Gölünü Bərpa Mərkəzinin yaydığı hesabatda deyilir ki, gölün bərpası üçün göldəki suyun həcmi 14.1 milyard kub metr olmalıdır.

Urmiya Gölünü Bərpa Mərkəzi və rejimin rəsmiləri iddia edirdilər ki, Urmiya gölünün vəziyyətinin son aylarda daha yaxşılaşıb. Lakin keçən ilin eyni dövrü ilə müqayisə bu iddianın yalan olduğunu sübut edir.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın