Çərşənbə , May 8 2024
azfa

Urmiyada noyabr etirazları ilə bağlı Şiva Mücərrəd məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, etirazlar zamanı yaxalanıb bir gün sonra zaminə buraxılan Şiva xanım Mücərrəd rejimin Urmiyada yerləşən Məhkəməsinə çağırılıb.

Məhkəmənin Elektron Sistemi tərəfindən dekabrın 14-də göndərilən çağırış vərəqəsinə əsasən azərbaycanlı xanım özünü müdafiə etmək məqsədi ilə 5 gün ərzində rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, Urmiya sakini Şiva Mücərrəd noyabrın 26-da kütləvi etirazlar zamanı öz ata evində yaxalanaraq Polis İdarəsinin Kəşfiyyyat Mərkəzinin təcridxanasına aparılmışdır. Xanım fəal bir gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı. Rejim fəalı qanunsuz etiraza qatılmaqla ictimai asayişi pozmaqda ittiham edib.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Bir cavab yazın