
Güney Azərbaycanın Qaradağ bölgəsinin Ovxara kəndində yerləşən tarixi Daş imarət (Əmir Ərşəd) sarayı baxımsızlıq üzündən dağılmaqdadır.
Qacar dövrünə aid tarixi abidələrdən biri olan bu ərazi və tarixi ev bərbad vəziyyətdədir. Bu tarixi evin divarları nümayəndələrin reklam məkanına çevrilib, ərazisi acınacaqlı vəziyyətə düşüb.
23 il öncə bərpası ilə bağlı işlərin başladıldığı bildirilsə də, bu müddət ərzində tarixi abidənin bərpası və qorunması ilə bağlı iş görülməyib.
Qeyd edək ki, Daş İmarət (Əmir Ərşəd) sarayı Qacarlar dövrünün memarlıq nümunələrindən sayılır.
Abidə 22 noyabr 1999-cu ildə İran Milli Əsərlər siyahısında 2555 nömrəsi ilə qeydiyyata alınsa da, qorunması və bərpası üçün vəsait ayrılmayıb.