GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsində yaşıllıq zolağı məhv edilir. Ətraf mühit və sosial media fəallarının verdiyi məlumata görə, Ərdəbil şəhərində böyük ərazini əhatə edən yaşıllıq zolağı dağıdılır.
Ərdəbil Şəhərinin Bəsic meydanının yaxınlığında yerləşən Səminəjad və Şəriət bağı kimi tanınan 9 hektar ərazidə olan uzun ömürlü ağaclar kəsilir.
Ətraf mühit fəalları xüsusilə son illər Ərdəbildə yaşıllıq zolaqlarının məhv edildiyini və şəhərin ekoloji durumunun günü-gündən ağırladığını bildirirlər.
Qeyd edək ki, bundan öncə bələdiyyə idarəsi yaşıllıq zolağının park kimi istifadəyə veriləcəyini bildirsə də, bu baş tutmayıb.
Bağ hasara alındıqdan qısa müddət sonra oradakı ağacları kəsməyə başlayıblar.