Ərdəbildə 21 fevral – Beynəlxalq Ana Dili Günü bildirişləri paylanıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar tərəfindən 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə Güney Azərbaycanın Ərdəbil şəhərində çoxsaylı bildiriş vərəqələri çap edilərək, paylanılıb.

Azərbaycanlı milli-mədəni fəalların hazırlayıb, yaydığı vərəqələrdə 21 fevral – Beynəlxalq Ana Dili Gününü münasibətilə əhalini təbrik edilərək, həmin günün yaranma tarixi şərh ediblər.

Fəallar payladıqları vərəqələrlə 21 fevral – Beynəlxalq Ana Dili Gününü qeyd etməklə yanaşı ana dilində təhsil tələb edib və konstitusiyada qeyd edildiyi bərabər hüquq məsələsini gündəmə gətiriblər.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın