Çərşənbə , Aprel 24 2024
azfa

Türkiyə ordusu Afrində 1780 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların ümumi sayı 1780-ə yüksəlib. Bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Bu arada PYD-YPG terror qruplaşması ilə Əsəd rejimi arasındakı danışıqların mərkəzində Afrin deyil, Tel Rıfat dayanır.

Məlumata görə, Türkiyəyə qarşı çirkin plan hazırlayan qüvvələrin hədəfində Afrin deyil, Tel Rıfatın dayanması ABŞ-dan gələn dəstəyin geri qaytarılmasına hesablanıb. Belə ki, PKK Menbiçdən ABŞ-ın göndərdiyi silahları Əsəd rejiminin nəzarətindəki Nubl və Zəhra ərazilərindən Afrinə daşımağa davam etsə də, bunu öz nəzarətindəki Tel Rıfatda edə bilmir. Çünki türk ordusunun ərazidə müəyyən aktivlik müşahidə edən kimi təşkil etdiyi davamlı hücumları terrorçulara göz açmağa imkan vermir. Belə olan halda isə ərazinin rejimin nəzarətinə keçməsi buradan fasiləsiz yardım, silah-sursat axınında terrorçulara zəmanət verilməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Türkiyənin Afrinin mərkəzini terrorçulardan təmizlədikdən sonra Tel Rıfata hücum etməsi gözlənilir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın