Ərdoğan PKK terror təşkilatını tam çökdürmək üçün İraqda 30 saziş imzalayacaq

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Bu barədə “Hürriyət” nəşri məlumat yayıb.

Məlumata görə, ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacaq.

Nəşrin məlumatına görə, Bağdad və Ərbildə aparılan danışıqlarda İraq Kürdüstanında terrorla mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi, İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk, Metina, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması da müzakirə olunacaq.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …