Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər ölkə təhlükəsizliyini təhdid edən, ABŞ və İsrail təsiri altında olan və İslam inqilabı əleyhinə qruplarla əlaqə qurmaqda ittiham olunurlar.

Bundan əlavə, Tehran prokuroru Əli Salihi açıqlamasında deyib ki, ölkənin məhkəmə sistemi dövlət təhlükəsizliyini təhdid edənlərə qarşı ciddi şəkildə hərəkət edir və ictimai təhlükəsizliyin təmin olunması üçün qətiyyətlə mübarizə aparır.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …