Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əbülfəzl Rəncbəri və Yunis Məraminin işi üzrə məhkəmə iclası keçirilib

GADTB: Əbülfəzl Rəncbəri və Yunis Məraminin işi üzrə məhkəmə iclası ötən gün – çərşənbə günü, 2 ordibehişt tarixində İnqilab Məhkəməsinin 3-cü şöbəsində, hər iki azərbaycanlı fəalın və vəkillərinin iştirakı ilə baş tutub.

Azərbaycan İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının məlumatına görə, vəkil Ə. Rəncbəri 14 ordibehişt 1404-cü ildən, siyasi fəal Yunis Mərəmi isə 18 tir 1404-cü ildən müvəqqəti həbsdə saxlanılır. Bildirilir ki, onlara qarşı irəli sürülən ittihamlar sübutların yetərli olmaması səbəbindən dəfələrlə dəyişdirilib.

Həmin iclasda müdafiə tərəfi “yer üzündə fəsad törətməyə yardım” ittihamını rədd edərək müvəkkillərini müdafiə edib. İclasın sonunda hakim Həsən Fəthnəjad tərəfindən təqsirləndirilən şəxslərin son sözləri dinlənilib.

Qeyd edək ki, bu, işin Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinə göndərilməsindən sonra keçirilən üçüncü iclasdır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …