Cümə axşamı , Noyabr 26 2026
azfa

Gündəlik Arxivlər: Noyabr 25, 2026

Dolların qiymətində rekord artım fonunda hökumətyönlü media İrana böyük həcmdə dollar əskinaslarının gətirildiyini xəbər verir

GADTB: Dolların məzənnəsinin təxminən 285 min tümənə yüksəlməsi və rialın dəyərdən düşməsinin davam etməsi fonunda hökumətyönlü media qonşu ölkələrdən birindən İrana «böyük həcmdə» dollar əskinaslarının gətirildiyini xəbər verib. Bununla belə, gətirilən valyutanın miqdarı, mənşə ölkəsi və yükün dəqiq nə vaxt İrana daxil olduğu açıqlanmayıb. Bu yük valyuta təklifini artırmaq və …

Ətraflı oxu »

Tramp: İsrailin İranda rejim dəyişikliyinə nail olmaq məqsədi, yəqin ki, həyata keçirilə bilər, amma bu, mənim məqsədim deyil

GADTB: ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin 2027-ci ilin yanvar ayının sonunadək təmin olunduğunu bildirib. Bununla yanaşı, Tehranda hakimiyyət dəyişikliyini öz məqsədlərindən biri hesab etmədiyini vurğulayıb. Tramp Ağ Evdəki söhbəti zamanı ABŞ-ın istənilən vaxt müharibəni başa çatdıra biləcəyini deyib. Lakin xəbərdarlıq edib ki, demokratların müharibəni vaxtından …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Türkiyə Büyük Millət Məclisi başqanı ilə görüşdə-Şəkil

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və onu müşayiət edən parlament nümayəndə heyəti MIKTA Parlament Sədrlərinin 12-ci Toplantısında iştirak etmək məqsədilə Avstraliyaya gəlib. TBMM sədri Numan Kurtulmuşu Türkiyənin Kanberra şəhərindəki səfiri Ufuk Gezər və Sidneydəki baş konsulu Emre Özkan qarşılayıblar. Boyabrın 25-də Sidneydə keçirilən görüşdə Avstraliya Azərbaycan …

Ətraflı oxu »

SEPAH terror təşkilatı ballistik raketlərin yeni növlərini hazırlayır

GADTB: Müharibə Araşdırmaları İnstitutu bildirib ki, görünür, İslam Respublikası hava hücumundan müdafiə sistemlərinin ballistik raketləri ələ keçirmə ehtimalını azaltmaq və hədəfləri vurma dəqiqliyini artırmaq məqsədilə yeni raket növləri hazırlayır. Bu institut 2007-ci ildə yaradılmış, Vaşinqtonda yerləşən qeyri-kommersiya tədqiqat mərkəzidir. O, hərbi proseslərin, silahlı münaqişələrin və təhlükəsizlik məsələlərinin təhlili ilə məşğul …

Ətraflı oxu »

Əjdər bəy Tağızadə GADTB-nin başqanlığından istefa verib, Mərkəzi Komitədə fəaliyyətini davam etdirəcək

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Mətbuat Mərkəzinin məlumatına görə, GADTB başqanı sayın Əjdər bəy Tağızadə işlərinin çoxluğu ilə əlaqədar başqanlıq vəzifəsindən istefa verib. Bununla bağlı istefa ərizəsini GADTB-nin Mərkəzi Komitəsinə təqdim edən Əjdər bəy, Mərkəzi Komitənin üzvü kimi fəaliyyətini davam etdirəcəyini bildirib. GADTB olaraq, sayın Əjdər bəy Tağızadənin …

Ətraflı oxu »

“Suri” məhəbbət hekayəsi Qəzvinin Ələmut bölgəsindən Ərdəbilə – Zəncan teatr səhnəsində

GADTB: Məşhud İbrahimxaninin müəllifi və quruluşçu rejissoru olduğu türkcə “Suri” tamaşası Zəncan şəhərindəki İmam Mədəniyyət Mərkəzinin İncəsənət salonunda nümayiş etdirilib. Tamaşa ustad Asim Ərdəbilinin bir rəvayəti əsasında hazırlanıb. Əsərdə Qəzvinin Ələmut bölgəsində Ərdəbilli bir müəllimin xidməti vəzifəsini yerinə yetirdiyi dövrdə ona aşiq olan Suri adlı qadının hekayəsindən bəhs edilir. Müəllimin …

Ətraflı oxu »

Təbrizin Elgölü turizm kompleksində “Həmrəylik görüşü” mərasimində Azərbaycan rəqsinin ifa olunmasına maneə yaradılıb- Video

GADTB: Daxil olan məlumatlara əsasən, Təbrizin Elgölü turizm kompleksində “Həmrəylik səfiri” başlığı ilə keçirilən “Həmrəylik görüşü” mərasimi zamanı kompleksin mühafizə xidməti iştirakçıların Azərbaycan rəqsini ifa etməsinə mane olub. Halbuki, Azərbaycan rəqsi Azərbaycan xalqının mədəni irsinin və yerli incəsənətinin bir hissəsi hesab olunur. İndiyədək bu ifanın qarşısının alınmasının səbəbi ilə bağlı …

Ətraflı oxu »