Çərşənbə axşamı , Mart 18 2025
azfa

Əhvaz Polad Zavodunun həbs edilmiş işçilərinin sayı 42 nəfərə çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əhvaz Polad Zavodunun işçilərinin həbsi gecə yarısı da davam edib. Gecə vaxtı yaxalanana işçilərin 10 nəfərinin kimliyi məlum olub. Beləliklə irqçi fars rejim tərəfindən həbs edilən işçilərin sayı 42 nəfərə çatıb.

Qeyd edək ki, Əhvaz bölgəsində iki aydan çoxdur davam edən aksiyalarda işçilər gecikmiş əmək haqlarının ödənməsini, istehsalın yenidən başladılmasını və məmurların verdiyi sözlərin üstündə durmasını tələb edərək, şəhər valiliyinin binası və imam cümənin iqamətgahı qarşısında aksiyalar keçirirlər.

Artıq rejim etirazları yatırmaq üçün işçilərin kütləvi həbsinə başlayıb. Bazar günündən dünən günorta saatlarına qədər öz evlərində həbs edilən  etirazçı fəhlələrin sayının 31 nəfərə çatmışdır.

Gecə yarısı isə həbslər davam edib və 42 işçinin artıq həbs edildiyi dəqiq məlumdur.

 

Həmçinin yoxlayın

Ərdəbildə Qarasu çayında ekoloji fəlakət yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və …

Ermənistan Azərbaycan Ordusunun mövqelərini yenə atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək …

Bir cavab yazın