Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə türk adına görə şəhadətnamə vermir.

Molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi 6 aydır türk adı verilən azərbaycanlı körpə Arkaya doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Azərbaycanlı körpənin atası Həsən Rəzmi bu barədə “Balamın_adı” kampaniyasına bununla bağlı deyib: “Oğlumuz ötən ilin sentybarında Təbrizdə doğulub. Biz ona Arka adını verdik. Arka türkcə dəstəkçi və qoruyucu deməkdir. Biz Təbriz şəhər Qeydiyyat İdarəsinə müraciət etdik, ancaq idarənin rəsmiləri bu ada qarşı çıxdı. 5 aydan sonra məhkəmə bizim xeyrimizə qərar çıxardı. Bu dəfə sözügedən idarə hökmün Tehrana göndərilməli olduğunu iddia edib”.

Həsən Rəzminin sözlərinə görə, Tehran Apellyasiya Məhkəməsi Arka adının yad olduğunu bildirərək, doğum şəhadətnaməsinin verilməməsinə dair qərar çıxarıb. Uşağın atası qeyd edib ki, məhkəmənin qərarına təslim olmayacaq və hüquqi müstəvidə mübarizə aparacaq.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …