Cümə axşamı , Avqust 20 2026
azfa

Əli Xamenei və Həsən Ruhani 100 mindən çox insanın ölümündə günühkardır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və İran adlanan yerdə ədliyyə sisteminin vəkilləri Seyid Məhəmmədrza Fəqihi və Arəş Keyxosrəvi İranın rəhbəri Əli Xameneini, keçmiş prezident Həsən Ruhanini və Koronovirusa Qarşı Mübarizə Qərargahının üzvlərin məhkəməyə veriblər.

Onlar Xameneyi başda olmaqla həmin qeyd olunan rəsmiləri vəzifə və səlahiyyətlərindən sui-istifadə etdiyini, qanunları yerinə yetirmədiyini və bununla da 100 mindən çox insanın həyatının itirilməsinə səbəb olduqlarının bildirirlər.

Vəkillər prokurordan 22 səhifəlik iddia ərizəsinin müddəalarına diqqət yetirməyi, eləcə də vəzifəli şəxslərin cinayət əməllərinin daha da çox araşdırılması üçün müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının ekspert rəylərini almağı tələb ediblər.

Qeyd edək ki, bundan öncə 2021-ci il avqustun 14-də Güney Azərbaycandan olan vəkil Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazini Tehranda insan haqları mövzusunda, vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda rejimin məmurları tərəfindən yaxalanıblar.

Vəkillər və fəallar iki həftə ETTELLAT İdarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …