Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar Əsədin devrilməsindən sonra Suriyada vətəndaş müharibəsi yaratmamağa çağırıb.

Ərəb Liqasının bəyanatında konkret bir qurumdan bəhs edilməsə də, İranın ali rəhbəri Əli Xameneyi bazar günü iddia edib ki, Suriyada Əsədin devrilməsindən sonra “güclü şərəfli qrup” meydana gələcək və suriyalı gənclərin itirəcək heç nəyi yoxdur.

Ərəb Liqası bəyanatında bildirir: “Suriyanın bir sıra şəhər və bölgələrində münaqişə ocağını alovlandırmaq məqsədi ilə baş verən cari hadisələri narahatlıqla izləyir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə axşamı ölkəsinin Suriyaya müdaxiləsi ilə bağlı yayılan xəbərləri “əsassız” adlandırıb və iddia edib ki, Tehran “Suriyanın ərazi bütövlüyü və milli birliyini dəstəkləyir və əhatəli siyasi sitemə malik bir dövlət qurulmasının tərəfdarıdır”.

Suriyanın yeni rəhbərləri son günlər və həftələr ərzində dəfələrlə İran hökumətinin Bəşar Əsəd rejiminə dəstəyini tənqid edib və Tehranın Suriya xalqının iradəsinə və bu ölkənin suverenliyi və təhlükəsizliyinə hörmət etməsinin vacibliyini vurğulayıblar./ Azad İran

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …