Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ərdəbildə Azərbaycanlı tələbə Ehsan Fəridinin ölüm hökmünə etiraz şüarları yazılıb

GADTB: Ərdəbildə noyabrın 6-da bir qrup azərbaycanlı fəal Ehsan Fəridinin qeyri-insani ölüm hökmünə etiraz olaraq şüarlar yazılıb.

Beləliklə azərbaycanlı fəallar “edama yox!” şüarı ilə azərbaycanlı gəncin ölüm hökmünə etiraz ediblər.

Qeyd edək ki, Təbriz Universitetinin istehsalat mühəndisliyi tələbəsi olan Ehsan Fəridi ilk dəfə 8 mart 2024-cü ildə “sistemə qarşı təbliğat” ittihamı ilə həbs edilib və on günlük dindirilmədən sonra girov müqabilində azadlığa buraxılıb.

Bundan sonra o, 18 iyun 2024-cü ildə Təbriz Prokurorluğu tərəfindən yenidən saxlanılıb və həbsxanaya köçürülüb.

Məhkəmə prosesi davam etdiyi bir vaxtda, onun ittihamının adı “sistemə qarşı təbliğat”dan “korrupsiya”ya dəyişdirilib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …