Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbildə divar yazıları; “Azərbaycan kimsənin başına tac qoymayacaq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində divarlara Rza şahın İran adlanan yerdə hakimiyyətə gətitilməsinə qarşı şüarlar yazılıb.

Azərbaycanlı milli fəallar Ərdəbildə divarlara: “Azərbaycan heç kimə təmsilçilik hüququ vermir” (İranda molla rejimindən sonra hakimiyyətə gəlmək istəyən şahın oğluna və digər namizədlərə cavab olaraq)

“Azərbaycanın öz qəhrəmanları var – Abbas Lisani”,

“Fərdiliyə yox” və s. şüarlar yazıblar.

Qeyd edək ki, fars irqçiləri Güney Azərbaycanı yenidən işğal edib, soyqırım törətmiş Pəhləvilər yenidən hakimiyyətə gətirmək üçün kampaniyaya başlayıb. Bu isə haqlı olaraq Güney Azərbaycanda etirazlarla qarşılanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …