Bazar , Oktyabr 18 2026
azfa

Xoyun zəlzələ bölgəsində əhali ağır durumda qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 18-də Güney Azərbaycanın Xoy bölgəsində əhali baxımsız vəziyyətdə soyuqda qalıb.

Soyuq qış günlərində Xoyda baş verən zəlzələ zamanı zərər çəkən əhaliyə yardım əli uzadan yoxdur. Sakinlərdən biri deyir: “Bizim telefon zənglərimizə cavab verən yoxdur, hətta bir dənə çadır da vermirlər”.

Rejimin Qızı Aypara Cəmiyyəti, nə də digər orqanları zəlzələdən dağılan bölgəyə heç baş da çəkmir.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun baş direktoru Cəfər Bərzgər bildirib ki, Xoy bölgəsində baş verən 5.4 bal gücündə zəlzələ nəticəsində 2100 evə zərər dəyib.

Cəfər Bərzgər 1955 tikilinin 50% xəsarət aldığını və 138 evin isə tamamilə istifadəyə yararsız vəziyyətə düşdüyünü bildirib.

Qeyd edək ki, yanvarın 18-i yerli vaxtla saat 13:19 və 13:38 dəqiqədə 3.6 və 5.4 bal gücündə qeydə alınan zəlzələ yerin 12 kilometr dərinliyində baş verib. Soyuq havada çöldə və çadırlarda qalmağa məcbur olan xoylular, rəsmi iddiaların əksinə olaraq Qızıl Aypara Cəmiyyəti və başqa dövlət qurumlarının onlara yardım etmədiklərini bildirirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …