Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Ərdəbildə molla rejimin keçirdiyi fitnə toplantısnın sponsoru Mehdi Mədhət Azərbaycan mediasını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneinin Ərdəbildəki nümayəndəsi Amolinin göstərişi ilə Ərdəbildə keçirdikləri fitnə toplantısnın sponsoru Mehdi Mədhət Ərdəbili adı hallanandan sonra Azərbaycan mediası və fəallarını hədələyib.

Molla rejimin Ərdəbildə Azərbaycan və Türkiyə arasında fitnə yaymaq məqsədilə  Çaldıranla bağlı tədbir keçirmişdilər.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Mehdi Mədhət bu toplantının keçirilməsinə görə 20 milyard tüməndın artıq vəsait xərcləyib.

Mehdi Mədhət Ərdəbili adının çəkildiyi materialın alrında tərbiyəsizcəsinə şərh yazıb və Azərbaycan mətbuatını da hədələyib.

Bu tədbirin keçirilməsində SEPAH-ın Azərbaycandakı sütunlarından biri olan Seyid Həsən Amulinin də rolu böyük olub.

Qeyd edək ki, Mehdi Mədhət Ərdəbili əvvəllər Azərbaycan Cümhuriyyəti təhlükəsizlik gücləri tərəfindən çirkli pulların yuyulması, qaçaqmalçılıq və başqa cinayətkar əməllərinə görə həbs edilmiş, bir müddət sonra sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “İranın Azərbaycan və Türkiyəyə qarşı təxribatının səbəbləri və gələcək planı” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …