Çərşənbə axşamı , Mart 18 2025
azfa

Ərdəbildə Qarasu çayında ekoloji fəlakət yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə yenidən çirklənib.

Zəhərli sənaye tullantıları və kimyəvi maddələrin Qarasu çayına axıdılması ilə turşulu maddələrin konsentrasiyası artıb və bu çayın suyu ilə suvarılan əkin sahələrinin məhvinə səbəb olur.

Bununla yanaşı çayın çirklənməsinin ekosistem, ətraf mühit, kənd təsərrüfatı, heyvan növləri və insanlar üçün ciddi təhlükə yaratdığı qeyd olunub.

Qeyd edək ki, Savalan dağının ətəklərindən qaynaqlanan 210 kilometr uzunluğundakı Qarasu çayı bölgə kəndlərinin içməli və əkin suyuna olan ehtiyacının təmin olunmasında əhəmiyyətli rol oynayır.

Video:

https://t.me/GADTB1/41041

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdə azərbaycanlı xanım milli fəalı ETTELAAT-a çağıraraq həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı xanım milli fəalı ETTELAAT-a çağıraraq həbs edib. Azərbaycanlı fıal …

Ermənistan Azərbaycan Ordusunun mövqelərini yenə atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək …