Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Ərdəbildə qrafitlərlə azərbaycanlı məhbus vəkilə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində avqustun 27-də azərbaycanlı milli-mədəni fəallar məhbus vəkil Məəhəmmədrza Fəqihiyə azadlığı tələbi ilə şuarlar yazılıb.

Azərbaycanlı fəallar məhbus vəkil və insan haqları müdafiəçisi Məəhəmmədrza Fəqihinin şəkli əks olunan qeafit və şüarları şəhər divarlarına çəkməklə azərbaycanlı vəkilə azadlıq tələb ediblər.

Qrafitdə Məhəmmədrza Fəqihinin şəkli olmaqla “Məhəmmədrza Fəqihi və başqa məhbus vəkillərin azad olunmalarını istəyirik” şuarı yazılıb.

Qeyd edək ki, Qeyd edək ki, avqustun 14-də ETTELAAT darəsinin məmurları vəkillər Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudian və Məryəm Əfrafərazini yaxalayəblar.

İran adlanan yerdə Xameneinin vaksin idxalı qadağası ilə bağlı koronavirusdan ölənlərin sayının faciə həddinə çatmasından narahat olan vəkillər və mədəni fəaqlların  Amerika və Britaniya vaksinlərinin ölkəyə idxalını qadağan edən Xamneiyə qarşı birgə şikayət məktubu hazırladığı bildirilir. İrqçi fars rejim sırf bu haqq işə görə onları həbs edib.

İranın ETTELAAT İdarəsinin 10 məmuru həmçinin avqustun 25-də “Mərkəz” və “Məhbusların Hüquqlarını Müdafiə” dərnəklərinin üzvü, vəkil və hüquqşünas Məhəmmədrza Fəqihinin evinə hücum edərək, axtarış aparıblar.

Məhəmmədrza Fəqihi bir sıra azərbaycanlı milli-mədəni fəallara vəkillik edib.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …