Cümə axşamı , Avqust 13 2026
azfa

Ərdəbildə üç kafe qapadılıb, 16 nəfər saxlanılıb

GADTB: Ərdəbildə də şəhər prokurorunun müavini üç kafeyə möhür vurulduğunu və 16 nəfərin saxlanıldığını açıqlayıb.

Ərdəbil prokurorunun müavini Hüseyn Salari bu tədbirlərin səbəbləri kimi “qumar təşkil etmək, normaları pozmaq, fəsadı təbliğ etmək və islam qaydalarına riayət etməmək” hallarını göstərib.

Saxlanılan şəxslərin kimliyi, harada saxlanıldıqları və onlara qarşı irəli sürülən konkret ittihamlar açıqlanmayıb.

Bu tədbirlər İran Milli Təhlükəsizlik Ali Şurasının qərarı ilə 1403-cü ilin azər ayında “İffət və hicab mədəniyyətinin təşviqi yolu ilə ailənin dəstəklənməsi” adı ilə tanınan qanunun elan və icrasının dayandırılmasına baxmayaraq davam edir.

Qanunun icrası dayandırılsa da, qadınlara qarşı təzyiqlər, məcburi hicabla bağlı SMS-lərin göndərilməsi, məhkəmə işlərinin açılması və sahibkarlıq obyektlərinin möhürlənməsi davam etdirilir.

Həmçinin yoxlayın

CENTCOM: ABŞ və regional tərəfdaşları çoxmillətli hücum PUA-ları birliyi yaradacaq

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də, cümə axşamı, “Falcon Strike” adı verilən ilk çoxsahəli …

Hegset: İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə bilərik

GADTB: ABŞ müdafiə naziri Pit Hegset cümə axşamı jurnalistlərlə söhbətində ABŞ ordusunun İran limanlarına tətbiq …