Bazar ertəsi , May 19 2025
azfa

Ərdəbilidə azərbaycanlı körpə Ayhan adına görə doğum haqqında şəhadətnamədən məhrum qalıb

GADTB: Ərdəbil Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri türkcə “Ayhan” adlı uşağa doğum haqqında şəhadətnamə verilməsinə qarşı çıxır və onu bir həftədir ki, doğum haqqında şəhadətnaməsiz saxlayır. Halbuki, keçmişdə bir çox insana eyni adlı doğum şəhadətnaməsi verilib.

Uşağın atası “Səccad Rəşidi” bu barədə deyib: “Oğluma mən və həyat yoldaşım “Ayhan” adını seçdik”. Təəssüf ki, Ərdəbildə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları sistemin bu adı qəbul etmədiyi üçün Ayhana doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini bildiriblər.

Ərdəbildə İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Ayxan adına etirazından sonra azərbaycanlı uşağın atası Səccad Rəşidi övladına başqa adlar seçib və yenidən İdarənin etirazı ilə üzləşib.

Həmçinin yoxlayın

Dünya Yəhudi Konqresi İranın nüvə obyektlərinin bombalanmasına çağırdı

GADTB: Ümumdünya Yəhudi Konqresində yeni təyin olunmuş İsrail bölgəsinin rəhbəri Silvan Adams təşkilatın Yerusəlimdə keçirilən …

19 May – Türkiyədə Atatürkü anma, Gənclik və İdman Günüdür

GADTB: Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günüdür. Bayramın qeyd olunması ölkədə 1919-cu …