GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, rəsmi mərasimə Ərdoğanla yanaşı CHP sədri Özgür Özəl və MHP lideri Dövlət Baxçalı da qatılacaq.
Hərbi dəniz paradında 50 hərbi gəmi ilə birgə, Türkiyənin ilk amfibiya gəmisi – “TCG Anadolu” da iştirak edəcək.
Bundan başqa, F-16 qırıcı təyyarələrinin uçuşu həyata keçiriləcək.
Həmçinin 50 illik yubileyin şərəfinə adada 50 top atəşi açılacaq.