Cümə axşamı , Oktyabr 15 2026
azfa

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın olması istisna deyil. Çünki Fransa Ermənistanı silahlandırır.

Azərbaycan tərəf buna sərt etiraz etsə də, rəsmi Paris addımların geri çəkilmir. Bu günlərdə Londonda azərbaycanlı jurnalistin sualına cavab verən Fransa prezidenti Emmanuel Makron deyib ki, Fransa ona görə Ermənistana hərbi texnika göndərir ki, bu ölkə özünü xarici hücumlardan qoruya bilsin. Bu, Fransanın Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmasına, gərginliyi artırmasına xidmət edən addımdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, əgər Fransanın Ermənistanı silahlandırması müəyyən həddi aşarsa, o zaman bu prosesə müdaxilə ediləcək. Baş verənlər açıq şəkildə Fransanın təxribatı sayılmalıdır və buna sərt cavab verilməlidir. Yaxın saatlarda yəqin Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri baş verənlərlə bağlı bəyanat yayacaq.

Fransa açıq şəkildə Qafqazda Azərbaycanla toqquşmaya gedir…

https://t.me/GADTB1/36261

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …