Çərşənbə , Oktyabr 14 2026
azfa

Ərdoğan ortaq türk əlifbasının yayqınlaşdırılmasını istədi

GADTB: Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib ki, “ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik”.

O bildirib ki, Çingiz Aytmatovdan bəhs edən əsərlə Oğuznamələri ortaq əlifba ilə nəşr edilib və bu gün həmin nəşrlərin nüsxələri TDT liderlərinə təqdim ediləcək.

Ərdoğan eyni zamanda, 15 dekabrın – Dünya Türk dili Ailəsi Günü kimi elan olunmasını təklif

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Qəbələdə keçirilir.

 Qırğızıstan Prezidenti Sadır Japarov isə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib ki, bu gün qəbul edəcəyimiz Qəbələ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək.

O bildirib ki, təşkilat çərçivəsində həmrəylik, etimad daha da güclənib: “Bununla Qırğız Respublikası sədrliyini başa çatdırır və onu Azərbaycana ötürür. Əminəm ki, Azərbaycan öz tərəfindən Türk xalqlarının inkişafına yönəlmiş bütün səyləri inkişaf etdirəcək”.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …