Çərşənbə , Avqust 26 2026
azfa

Əsədin Türkiyəyə qarşı planı uzun müddət sonra ifşa edildi

GADTB: Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Türkiyəyə qarşı planı illər sonra üzə çıxıb.

Suriyanın keçmiş baş naziri Riyad Fərid Hicab 2012-ci ildə qoşunların Türkiyə sərhədindən çıxarılmasından sonra Əsədlə məsələ ilə bağlı uzun sürən görüşünün təfərrüatlarını ilk dəfə açıqlayıb.

Əsədin Türkiyəyə qarşı PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq etdiyini etiraf edən Hicab Suriyanın keçmiş liderinin qoşunlar geri çəkilərkən ağır silahların təşkilata verilməsi üçün əmr verdiyini bildirib.

“Bəşər Əsədlə görüşmək üçün parlamentin sədri və güc strukturlarının rəhbərləri ilə birlikdə Prezident Sarayına gedəndə onlar da dediyim vəziyyətin şahidi oldular. Bu, müxtəlif mövzuların müzakirə olunduğu çox uzun bir görüş idi.

Görüşdə ondan soruşdum ki, bölgədəki hərbi məntəqələr, ağır silahlar, hərbi texnika niyə PKK-ya təhvil verilib?

Bəşərin cavabı belə oldu:

“Onlar (PKK) bizim müttəfiqimizdir. Keçmişdən bu günə qədər onlardan çox faydalanmışıq. Kürdləri nəzarətdə saxlamaq və Suriyanın hər yerində nümayiş və aksiyalarda iştirak edənlərin qarşısını almaq üçün onlara da ehtiyacımız var. Ərəbləri də buna görə nəzarət altında saxlamalıyıq. PKK bizə lazımdır ki, Türkiyəni kürəyindən bıçaqlasın”.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …