Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir.

Bu haqda İran İdman və Gənclər Nazirliyi məlumat yayıb.

“Hüquqi və icra şərtləri yerinə yetirilərsə və dəqiqləşdirilərsə, Stadionun “Traxtur” Klubuna verilməsi klubun nüfuzunun artırılmasında, stadionun imkanlarının yaxşılaşdırılmasında və bu kompleksin inkişafına investisiya qoyuluşu üçün zəmin yaradılmasında mühüm addım ola bilər”,- məlumatda bildirilib.

Hələlik bununla bağlı “Traxtur” Klubu rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, bundan əvvəl 2023-cü ilin iyun ayında da oxşar iddia irəli sürülüb, ancaq bu reallaşmayıb.

Həmçinin yoxlayın

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …

Molla rejimin bənd tikintisi layihələri ilə SEPAH-ın gizli raket bazaları arasında mümkün əlaqə ifşa olunur

GADTB: Sənəm Mahuzi və Erika Solomanın “The New York Times” qəzetində dərc olunan araşdırma yazısında …