Cümə , Yanvar 3 2025
azfa

‍Azərbaycanlı milli fəallar Kazımdaşı bölgəsində Urmiya gölünün qurudulmasına qarşı aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azzərbaycanlı milli fəallar Kazımdaşı bölgəsində Urmiya gölünün qurudulmasına qarşı aksiya keçirib

Urmiya şəhərinin bir qrup mədəni-ekoloji fəalı yerli və beynəlxalq ictimai rəyi Urmiya gölünün acınacaqlı vəziyyətinə yönəltmək məqsədilə gölün yatağına ingiliscə “Save Lake Urmia” (Urmiya gölünü xilas et) yazılmış 26 metrlik pankart yerləşdiriblər.

Onlar beləliklə gölün İran rejimi tərəfindən qurudulmasına etiraz edib və bu faciəyə diqqət yönəltmək istəyiblər.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

https://www.youtube.com/shorts/wObnPP9CZFw

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …