Molla rejiminin həbs etdiyi Fərid Səfərliyə son söz üçün vaxt verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi casusluq ittihamına görə həbs etdiyi Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib.

Bunu Oxu.az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib.

Onun sözlərinə görə, heç bir sübut olmadan oğlu məhkəmədə təzyiqə məruz qalır:

“Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib. Məhkəmənin də avqustun 3 və ya 4-də olması planlaşdırılır”.

O bildirib ki, oğluna görə Xarici İşlər Nazirliyi tərəfindən onunla heç bir əlaqə saxlanılmır.

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …