Çərşənbə , Aprel 15 2026
azfa

12 Şəhrivər bəyannaməsi

GADTB: Şəhrivərin 12-si Azərbaycan Demokrat Firqəsinin 74-cü quruluş günüdür.

74 il bundan öncə sistematik faşizmə qarşı Güney Azərbaycan türkləri bir araya gələrək güneylilərin sözünü dövlətçilik səviyyəsinə daşıyıb və onun əsaslarını yazmışdır.

Bu gün Azərbaycan türkü qısa zamanda Pəhləvi şahının 26 il boyunca görə bilmədiyi işləri 1 il müddətində həyata keçirib. Həmin işlərdən nümunə olaraq bir neçəsinin adını çəkmək olar:

1.Ana dilimizi mədrəsələrdə rəsmiləşdirildi. Dərsliklər hazırlanaraq pulsuz paylandı.

2.İlk dəfə olaraq qadınlara seçkilərdə iştirak etmə haqqı verildi;

3.Əkin əraziləri xanlardan alınıb işçilər arasında bərabər bölündü;

4.Təbrizdə ilk dəfə universitet açıldı;

5.İlk dəfə olaraq Təbriz xiyavanları asfaltlandı;

6. Pəhləvi zamanında 20 təxtxaba sahib olan Azərbaycanda 20 yeni xəstəxana tikildi ki, onlarda 800 təxtxab quruldu;

7. Elmi təhqiqat işləri üçün Təbrizin Sofiyan tərəfində yer ayrılıb tikinti işləri başlandı.

12 şəhrivərdə Azərbaycan türkləri bir araya gələrək, həm də tarixdə səbt etdiyi dövlətçilik ənənəsinə sahib olduğunu, demokratik şivə ilə yürüdə biləcəyini də ortaya qoyub, öz demokrat imzasını atdı.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın