Cümə axşamı , Noyabr 28 2024
azfa

12 Şəhrivər bəyannaməsi

GADTB: Şəhrivərin 12-si Azərbaycan Demokrat Firqəsinin 74-cü quruluş günüdür.

74 il bundan öncə sistematik faşizmə qarşı Güney Azərbaycan türkləri bir araya gələrək güneylilərin sözünü dövlətçilik səviyyəsinə daşıyıb və onun əsaslarını yazmışdır.

Bu gün Azərbaycan türkü qısa zamanda Pəhləvi şahının 26 il boyunca görə bilmədiyi işləri 1 il müddətində həyata keçirib. Həmin işlərdən nümunə olaraq bir neçəsinin adını çəkmək olar:

1.Ana dilimizi mədrəsələrdə rəsmiləşdirildi. Dərsliklər hazırlanaraq pulsuz paylandı.

2.İlk dəfə olaraq qadınlara seçkilərdə iştirak etmə haqqı verildi;

3.Əkin əraziləri xanlardan alınıb işçilər arasında bərabər bölündü;

4.Təbrizdə ilk dəfə universitet açıldı;

5.İlk dəfə olaraq Təbriz xiyavanları asfaltlandı;

6. Pəhləvi zamanında 20 təxtxaba sahib olan Azərbaycanda 20 yeni xəstəxana tikildi ki, onlarda 800 təxtxab quruldu;

7. Elmi təhqiqat işləri üçün Təbrizin Sofiyan tərəfində yer ayrılıb tikinti işləri başlandı.

12 şəhrivərdə Azərbaycan türkləri bir araya gələrək, həm də tarixdə səbt etdiyi dövlətçilik ənənəsinə sahib olduğunu, demokratik şivə ilə yürüdə biləcəyini də ortaya qoyub, öz demokrat imzasını atdı.

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Suriya müxaliti ilə Əsəd qüvvələri arasında şiddətli döyüş gedir

GADTB: Suriyada dörd illik dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması …

Yunanıstan İrəvana Rusiya silahları vermək istəyir

GADTB: Yunanıstan, eləcə də Fransa Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeləri səbəbindən hər zaman Ermənistanı …

Bir cavab yazın