Cümə , Oktyabr 18 2024
azfa

19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə Sidneydə festival keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk Assosiasiyası, Azərbaycan Assosiasiyası, eləcə də Quzey Qıbrıs Assosiasiyasının iştirakı ilə 19 May – Atatürkü Anma, Gənclər və İdman Günü qeyd edildi.

Festival Azərbaycan, Türkiyə, Quzey Qıbrıs və Avstraliyanın bayraqları ilə keçirildi.

Festivalda Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta iştirak edərək çıxış edib.

Qeyd edək ki, 1919-cu il mayın 19-da Atatürk Bandırma bərəsi ilə Samsuna endi. Həmin gündən müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşı başladı. Beləliklə, mayın 16-dan başlayan 19-unda varılan İstanbul-Samsun səfəri qurtuluş üçün atılan ilk addımın simvolu kimi qəbul olunur.  Atatürk İstanbuldan Samsuna hərbi geyimdə səfər etdi. Ancaq Samsuna çatdıqdan bir neçə gün sonra mülki formaya keçdi.  Mustafa Kamal Samsuna çatanda gördüyü mənzərə dəhşətli idi. Şəhərdə İngiltərə ordusunun özbaşınalığı hökm sürürdü və xalq özünü müdafiə edə bilməyəcək vəziyyətdə idi. Atatürkün bu səfəri milli mübarizənin başlanğıcı oldu və o, bu günü gənclərə ithaf etdi, xalqı irəli aparanların və köhnəlmiş fikirlərə qarşı çıxanların gənclər olduğunu vurğuladı və dedi: “Yeni fikirli gənc olmaq doğrunu görmək və həqiqəti anlamaq deməkdir. Milli mübarizəni sağlam başlamaq və davam etmək üçün gənclərin rolu mühümdür.”

Sidneydə keçirilən festivaldan bir neçə şəkli təqdim edirik:

Video:

https://t.me/GADTB1/35056

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …