GADTB-nın məlumatına görə Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılar ana dilində təhsil tələbini şəhərin müxtəlif yerlərinə şüarlar yazmaqla İran hakimiyyətinə çatdırıblar. Ərdəbil və Mərənd şəhərinin divarlarına “Türk dilində mədrəsə”, “mən türkəm”, “15-ci əsl icra olunsun” “Urmu gölü can verir”, “Oyan Azərbaycan” və s. şüarların yazılması mətbuatda öz əksini tapıb.
Ətraflı oxu »Aylıq Arxivlər: Oktyabr 2017
“Sürgün umudlar” türkcə romanı Ankarada iki- latin və əski əlifbada çap edilib
GADTB-nın məlumatına görə GADTB-nin Siyasət Departamentinin sədri sayın Eldar Qaradağlının “Sürgün umudlar” türkcə romanı Ankarada Xəzər İctimai Oyanış, Kültür və Mədəniyyət Cəmiyyəti Nəşriyyatında iki- latin və ərəb əlifbalarında nəşr edilib.
Ətraflı oxu »Azərbaycanlı Türk milli-mədəni fəal Nasir Xülusi həbs edilib
GADTB-nin məlumatına görə Azərbaycanlı Türk fəal Nasir Xülusi 6 illik həbs cəzasını çəmək üçün iran adlanan yerin təhlükəsizlik orqanları tərəfindən tutulub. Məlumata görə, Təbriz şəhərindən olan azərbaycanlı Türk milli-mədəni fəal oktyabrın 30-da Urmiya İnqilab Məhkəməsinin çıxardığı həbs cəzasını çəkmək üçün təhlükəsizlik orqanları tərəfindən öz ata evində yaxalanaraq Təbriz Məhkəməsinə aparılıb.
Ətraflı oxu »GADTB mətbuat konfransı…18 Oktyabr 2017 – Bakı
GADTB mətbuat konfransı…18 Oktyabr 2017 – Bakı
Nəzərinizə çatdırırıq ki, 18 Oktyabır 2017-ci il saat 10:30 da, Parkin otelinin “Nəsimi” zalında Güney Azərbaycan Demokratik Türk birliyi (GADTB) tərəfindən “Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu” adlı konfrans keçiriləcəkdir. Ünvan: Parkin Oteli, (Park Bulvarla üz-üzə). (Sahil metrosunun yaxınlığında).
Ətraflı oxu »Kataloniyanın başçısı Carles Puigdemonta təbrik məktubu
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Başqanı Əjdər Tağızadənin Kataloniyanın başçısı Carles Puigdemonta təbrik məktubu Hörmətli cənab Carles Puigdemont, Kataloniya xalqının yenicə müstəqilliyə səs verməsi münasibətilə Sizə və Sizin simanızda bütün Kataloniya xalqına öz adımdan, Güney Azərbaycan türklərinin müstəqilliyi uğrunda mübarizə aparan GADTB adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, …
Ətraflı oxu »GADTB Bildirişi
Azərbaycan türkü öz doğma yurdunda bir əsrə yaxındır fars şovinizmi əsarətinə düşüb. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları və qızları zaman-zaman əsarət zəncirini qırmaq və müstəqillik uğrunda çarpışmışlar. Bu gün isə Güney Azərbaycanda türk xalqı özünün ən yüksək oyanış mərhələsinə çatıb. Güneydən gələn Azərbaycan türkünün çağırışı artıq təşkilatlanma və milli …
Ətraflı oxu »Kərkük və referandom olayları ilə bağlı ortaq bildiri
Azərbaycan milli hərəkatının bir sıra quruluş və təşkilatlarının İraqdakı referandom və Kərkük olayları ilə bağlı ortaq bildirisi 2017-09-25 tarixində İraqın quzey bölgəsində barzani əşirəsi, bağlı olduğu güclərin əmrilə sözdə “kürd millətinin öz müqəddəratını təəyin etmə” adı altında nə yazıq ki yeni bir qanlı oyunu başlatdı! Biz heç bir millətin öz …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi



