Çərşənbə , Oktyabr 28 2026
azfa

“Sürgün umudlar” türkcə romanı Ankarada iki- latin və əski əlifbada çap edilib

GADTB-nın məlumatına görə GADTB-nin Siyasət Departamentinin sədri sayın Eldar Qaradağlının “Sürgün umudlar” türkcə romanı Ankarada Xəzər İctimai Oyanış, Kültür və Mədəniyyət Cəmiyyəti Nəşriyyatında iki- latin və ərəb əlifbalarında nəşr edilib.

Bu tarixi roman Azərbaycan Milli Hökumətinin xiyanətə uğraması və Cənubi Azərbaycanın İran ordusu tərəfindən işğalından sonra İranın cənubuna sürgün edilən azərbaycanlı fədai mühacirlərinin acınacaqlı sərgüzəştindən bəhs edir.

Qeyd edək ki, İsveçdə yaşayan və Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan, eləcə də GADTB-nin Siyasət Departamentinin sədri cənab Eldar Qaradağlı “Azərbaycan mərkəzli türk düşüncə” və s. əsərlərin də müəllifidir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …