GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, İran adlanan ölkə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bildirsə də, əslində bu ölkənin bir neçə saytı və hətta xəbər agentliyi “Dağlıq Qarabağa səfərin qaydaları” başlığı altında Azərbaycanın işğal olunmuş ərazilərinə tur səfərini təbliğ edir.
Ətraflı oxu »Gündəlik Arxivlər: Noyabr 13, 2017
Ərdəbilin kənd evlərinin 84 faizi zəlzələyə az davamlı və ya davamsızdır
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin Məskən Fondunun baş direktoru Fərhad Sübhani bu barədə açıqlama verib. O qeyd edib ki, Bütün Ərdəbil vilayətində 119 min 387 kənd evi mövuddur. 2016-cı ilin statistikasına əsasən onlardan 84 faizi yəni 100 min 285 evin az davamlı və ya davamsız olduğu müəyyənləşdirilmişdir. …
Ətraflı oxu »İran rejimi Qərbi Azərbaycanda kürd terrorçuları dövlət vəzifələrinə təyin edir
GADTB-nin Mətbuat Mərkəzinin “Araznews” saytına istinadən yaydığı məlumata görə İran adlanan ölkənin islahatçıları Qərbi Azərbaycana kürd vali təyin etdikdən sonra başqa vəzifələrə də bu bölgəyə köçən kürdləri təyin etməyə çalışırlar.
Ətraflı oxu »Süleymaniyyə və Kermanşahda baş verən zəlzələ Güney Azərbaycanı da titrədib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda Süleymaniyyə məntəqəsində 7,2 bal, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ baş verib. Zəlzələ bir çox vilayətləridə, o cümlədən Mərkəzi əyalət, Həmədan, Şərqi və Qərbi Azərbaycanda hiss edilib. Zəlzələ Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib. Təbrizdə, Urmiyada və başqa Azərbaycan şəhərlərində …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi