Bazar , Noyabr 29 2026
azfa

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən İranın yalanı ifşa oldu

GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, İran adlanan ölkə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bildirsə də, əslində bu ölkənin bir neçə saytı və hətta xəbər agentliyi “Dağlıq Qarabağa səfərin qaydaları” başlığı altında Azərbaycanın işğal olunmuş ərazilərinə tur səfərini təbliğ edir.

Məlumata görə İranın “Kojaro.com” turizm saytı “Dağlıq Qarabağa səfərin qaydaları” adlı materialı dərc edib. Həmin sayta istinadən isə “Poolnews” xəbər agentliyi həmin materilı dərc etməklə fars dilli kütlə üçün Dağlıq Qarabağa turun təşkilini təbliğ edir. Bu da İranda Dağlıq Qarabağa qanunsuz turların fəaliyyət göstərdiyinə açıq sübutdur.

İran saytlarında dərc edilən geniş yazıda Dağlıq Qarabağ hətta müstəqil dövlət kimi təbliğ edilir. Dərc olunan materilın əvvəlində yazılıb: “Qarabağ İranla sərhəd olan müstəqil bir məntəqədir və son zamanlar turizm sahəsində dəqqəti cəlb edir. Bu kiçik məntəqə təbiət və tarixi-dini əsərlər, o cümlədən məbəd, kilsə və s. baxımdan zəngindir. Çox sayda təbiətsevər və dini turistləri özünə cəlb edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …