Aylıq Arxivlər: Avqust 2020

Rejim azərbaycanlı fəal Əkbər Sadiqini Urmiyada yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əkbər Sadiqini polis idarəsinə çağıraraq yaxalayıb. Polis tərəfindən azərbaycanlı fəalın atasının evinə göndərilən çağırış vərəqəsində onun avqustun 9-da polis idarəsinə getməsi tələb edilmişdi. Beləliklə azərbaycanlı fəal rejim tərəfindən həbs edilib. Sadiqinin ailəsi isə axşam …

Ətraflı oxu »

Rejim azərbaycanlı fəalı Binabda təhdid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin polisi  Binab şəhərində azərbaycanlı milli-mədəni fəal Cəfər Süleymanzadəni polis idarəsinə çağıraraq təhdid ediblər. Rejimin təhlükəsizlik qüvvələri avqustun 7-də Süleymanzadəyə zəng edərək onun polis bölməsinə çağırıblar və fəalın polis idarəsinə getmədiyi təqdirdə həbs ediləcəyi ilə təhdid ediblər. Polis idarəsində Süleymanzadədən mobil …

Ətraflı oxu »

Ana dili uğrunda həbs edilən Tövhid Əmir Əminiyə azadlıq tələbilə 10 mindən çox twit paylaşıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili uğrunda çalışdığı üçün həbs etdiyi Tövhid Əmir Əminiyə azadlıq tələbilə twitterdə 10 mindən çox twit paylaşılıb Azərbaycanlı fəallar paylaşılan twitlərin şəkillərindən videoçarx şəklində hazırlayıb yaymışlar.  Fəallar bu videoçarxı sosial şəbəkələrdə yaymaqla Azərbaycanın vətəndaş cəmiyyətindən və dünya ictimaiyyətindən Güney …

Ətraflı oxu »

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin Türkiyə və Azərbaycan ordularının təlimi ilə bağlı Türk Hareketi TV-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı sayın Əjdər bəy Tağızadə işğalçı Ermənistanın Tovuz bölgəsindən Azərbaycana hərbi təcavüzündən sonra Türkiyə və Azərbaycan ordularının birgə təlimi barədə Türk Hareketi TV-də çıxış edərək öz fikirlərini bildirmişlər. Sayın Əjdər bəy …

Ətraflı oxu »

Təbrizli müğənni və musiqi müəllimi Cavid Murtəzaoğlu Türkiyədə vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizli müğənni və musiqi müəllimi Cavid Murtəzaoğlu avqustun 6-da Türkiyədə koronavirus səbəbindən vəfat edib. Türkiyə mediasının bildirdiyinə görə, mərhum sənətkar koronavirus səbəbilə iyul ayının 12-dən bəri İstanbulun Cemil Taşçıoğlu şəhər xəstəxanasında yatırdı. Güney Azərbaycanın ələvi türk cəmiyyətinə mənsub olan müğənni Türkiyədə ifa etdiyi …

Ətraflı oxu »

Partlayışdan sonra əhali Beyrutda Hizbullah və hakimiyyətə qarşı etirazlar keçirir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, partlayışdan sonra əhali Beyrutda terrorçu Hizbullah və hakimiyyətə qarşı etirazlar keçirməkdədir. Beyrutda terrorçu hizbullah və hökumət əleyhinə keçirilən aksiyada etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib. RİA Novostinin məlumatına görə aksiya iştirakçıları nazirliyin binasına daxil olub. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi Tvitter …

Ətraflı oxu »

İran koronavirusa baxmayaraq Ermənistanla uçuşları bərpa edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hər zaman Ermənistana yardım edən İran koronavirusun tüğyan etməsinə baxmayaraq Ermənistanla uçuşları bərpa edir. Ermənistan Hava Yolları aviaşirkəti avqustun 25-dən etibarən İrəvan-Tehran-İrəvan reysini bərpa edəcək. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, sərnişin daşınması karantinin təlimatlarına uyğun aparılacaq.

Ətraflı oxu »

Dr. Ahsen Batur: Tarixdə ari (İran) və Turan dartışması

GADTB: Əsasən də ilk Ata yurdun Ural-Altay ətəkləri olması da o qədər əhəmiyyətli deyil. Miladdan minlərlə il əvvəl Asiyadan Anadolu və ətrafına köçlər yaşanmış və atalarımızın bir qolu buralarda həyat sürmüşsə, bunun inandırıcı dəlillərlə isbat edilməsi çox daha əhəmiyyətlidir. Əgər bu fakt sübut olunarsa nə baş verər? K. Mirşanın dediyi …

Ətraflı oxu »

Ukrayna Türk Şurasında müşahidəçi olmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Türk Şurasında müşahidəçi statusu almağa cəhd edir. Bu barədə Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova “Demirörən” agentliyinə müsahibəsində deyib. Millət vəkili Türk Şurası ilə Ukrayna arasında tarixi əlaqələrin olduğunu bildirib. O, Ukraynanı türk mədəniyyətinin varisi adlandırıb. Qeyd edək ki, Ukrayna …

Ətraflı oxu »

Azərbaycanlı fəal Mehdi Əmirinəjad bir il həbsdən sonra azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aazərbaycanlı milli-mədəni fəal Mehdi Əmirinəjad bir il həbsdən sonra azadlığa çıxıb. Azərbaycanlı fəal 2016-cı ildə Azərbaycanla Ermənistan arasında toquşmalar zamanı irqçi fars rejim tərəfindən şərlənərək müxalif qrupları himayə ittihamı ilə onun barəsində 2 il həbsə məhkum edilmişdir. Keçən il fəala şərti azadlığa buraxılma …

Ətraflı oxu »