Cümə , Sentyabr 25 2026
azfa

Təbrizli müğənni və musiqi müəllimi Cavid Murtəzaoğlu Türkiyədə vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizli müğənni və musiqi müəllimi Cavid Murtəzaoğlu avqustun 6-da Türkiyədə koronavirus səbəbindən vəfat edib. Türkiyə mediasının bildirdiyinə görə, mərhum sənətkar koronavirus səbəbilə iyul ayının 12-dən bəri İstanbulun Cemil Taşçıoğlu şəhər xəstəxanasında yatırdı.

Güney Azərbaycanın ələvi türk cəmiyyətinə mənsub olan müğənni Türkiyədə ifa etdiyi ələvi mahnıları ilə məşhur olmuşdu.

1962-ci ildə Təbrizdə dünyaya gələn Murtəzaoğlu həmin şəhərdə Əli Səlimi, Mahmud Şatıryan, Əli Fərşbaf və Həsən Dəmirçi kimi musiqi ustadlarından dərs aldıqdan sonra, 1993-də Bakı Konservatoriyasında təhsil almaq üçün Azərbaycan Respublikasına mühacirət etmişdi.

Daha sonra Türkiyəyə yerləşən sənətkar uzun müddət yaşadığı İstanbul şəhərində müğənni və musiqi müəllimi kimi fəaliyyət götəriib. Güney Azərbaycanın ələvi türk (əhli-haq) icmasına mənsub olan müğənni Türkiyədə ifa etdiyi ələvi mahnıları ilə məşhur olmuşdu.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın